Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” çərçivəsində keçirilən “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri start götürüb

Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” çərçivəsində keçirilən “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri start götürüb. Üç gün davam edəcək Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 17 ölkədən 299 şirkət iştirak edir. Bu il “BakuBuild” sərgisi 30 illik, “Rebuild Karabakh” sərgisi isə 5 illik yubileyini qeyd edir.Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) “BakuBuild” sərgisinin rəsmi dəstəkçisi olaraq tədbirdə iştirak edib. ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, dövlət və biznes assosiasiyalarının nümayəndələrinin iştirakı ilə təşkil edilən “biznes tur”da iştirak edərək sərgidə nümayiş olunan yenilikləri izləyib və şirkətlərin fəaliyyəti ilə yaxından tanış olub. Sərgi, tikinti sektorunda innovasiyaların təqdimatı, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platformadır.
14.10.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

WUF13 - 5-ci Gün (VİDEO)