Tikinti və İstismar İcazələrinin Vaxt-Xərc Optimallaşdırılması: Bakı KOB Evində İctimai Müzakirə Keçirilib

“Bakı Kob evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev və Assosiasiyanın üzvü olan tikinti şirkətlərinin rəhbərləri iştirak ediblər.Müzakirələr zamanı sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər diqqətlə dinlənilib, bu məsələlərin həlli yolları barədə geniş fikir mübadiləsi aparılıb.
03.10.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib