Martın 17-də Bakı KOB evində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində özəl sektor üçün məlumatlandırma sessiyası keçirildi. Tədbir WUF13 Azərbaycan Əməliyyat Şirkəti, KOBİA və AZPROMO-nun tərəfdaşlığı ilə təşkil olundu

Martın 17-də Bakı KOB evində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində özəl sektor üçün məlumatlandırma sessiyası keçirildi. Tədbir WUF13 Azərbaycan Əməliyyat Şirkəti, KOBİA və AZPROMO-nun tərəfdaşlığı ilə təşkil olundu. Sessiyada sənaye, yaşıl enerji, tikinti, tullantıların idarə olunması, nəqliyyat, İKT və maliyyə sektorlarını təmsil edən 100-ə yaxın sahibkar iştirak etdi.WUF13 yalnız bir forum deyil — bu, beynəlxalq təcrübə mübadiləsi, yeni tərəfdaşlıqların qurulması və biznes imkanlarının genişləndirilməsi üçün mühüm platformadır.Sessiya çərçivəsində iştirakçılara “Urban Expo” sərgisində iştirak imkanları barədə də məlumat verildi. Qeyd edək ki, sərgiyə müraciətlər 31 mart 2026-cı il tarixinədək qəbul olunur.
19.03.2026

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

“BAKUBUİLD 2026” sərgisi uğurla yekunlaşdı…

İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ ATİA-NIN QONAĞI OLDU!

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) olaraq, rəsmi dəstəkçisi olduğumuz 6-cı “Rebuild Karabakh” və “BakuBuild 2026” sərgilərində iştirak etməkdən məmnunluq duyuruq.

ATİA-NIN SƏDRİ RAMİZ İSAYEV “XƏZƏR XƏBƏR”Ə MÜSAHİBƏ VERİB.

TÜRKİYƏ VƏ MAKEDONİYANIN İŞ ADAMLARI ATİA-NIN QONAĞI OLUB…

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub