ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Güc biznesindir” devizi altında “Dayaq” mükafatının təqdim olunması mərasimində iştirak edib

ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Güc biznesindir” devizi altında “Dayaq” mükafatının təqdim olunması mərasimində iştirak edib. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar, biznes assosiasiyalarının nümayəndələri, startaplar, eləcə də dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak edib. Mərasim çərçivəsində rəsmi çıxışlar dinlənilib, “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə təşkil olunub və 2025-ci ildə fərqlənən sahibkarlıq subyektlərinə “Dayaq” mükafatları təqdim edilib. Qeyd olunub ki, “Dayaq” mükafatı sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfənin qiymətləndirilməsi, biznes düşüncə tərzinin təşviqi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi məqsədi daşıyır. Mükafat sahibkarlıq fəaliyyətində dayanıqlı inkişaf, innovativ yanaşma və sosial məsuliyyət prinsiplərinin önə çəkilməsinə xidmət edir.
19.12.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib