Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakıda keçiriləcəyi elan edilib. Şəhərsalma sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri olan Forum dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor və ekspertləri bir araya gətirəcək. Burada qlobal urbanizasiya prosesləri və şəhərlərin davamlı inkişafı müzakirə olunacaq. Xatırladaq ki, əvvəlki sessiya WUF11 2022-ci ildə Polşanın Katovitse şəhərində, sonuncu sessiya WUF12 isə 2024-cü ildə Misirin paytaxtı Qahirədə keçirilib.Bakıya ev sahibliyi imkanını ölkəmizin şəhərsalma sahəsindəki uğurlu islahatlarının və beynəlxalq nüfuzunun daha bir göstəricisi hesab etmək olar.
08.09.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

“BAKUBUİLD 2026” sərgisi uğurla yekunlaşdı…

İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ ATİA-NIN QONAĞI OLDU!

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) olaraq, rəsmi dəstəkçisi olduğumuz 6-cı “Rebuild Karabakh” və “BakuBuild 2026” sərgilərində iştirak etməkdən məmnunluq duyuruq.

ATİA-NIN SƏDRİ RAMİZ İSAYEV “XƏZƏR XƏBƏR”Ə MÜSAHİBƏ VERİB.

TÜRKİYƏ VƏ MAKEDONİYANIN İŞ ADAMLARI ATİA-NIN QONAĞI OLUB…

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub