ATİA VƏ FİNCO MEMORANDUM İMZALADI

23 noyabr 2026-cı il tarixində keçirilən Azərbaycan-İtaliya Biznes-Forumu çərçivəsində Azərbaycan və İtaliya arasında iqtisadi və işgüzar əlaqələrin genişləndirilməsi, o cümlədən tikinti və infrastruktur sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin iştirakı ilə təşkil olunan forumda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak ediblər. Tədbirin rəsmi qonaqları arasında Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) sədri Ramiz İsayev də olub.

Forum çərçivəsində keçirilən plenar iclas, tematik sessiyalar və B2B formatlı ikitərəfli görüşlərdə enerji, infrastruktur, logistika, tikinti, qabaqcıl sənaye, süni intellekt və yeni texnologiyalar daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbir çərçivəsində ATİA ilə İtaliyanın CASEITALY təşkilatı arasında anlaşma və əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu ATİA-nın sədri Ramiz İsayev və CASEITALY-nin prezidenti Mattia Montagnoli imzalayıblar.

İmzalanmış memorandum tikinti və infrastruktur sahələrində iki tərəf arasında əməkdaşlığın gücləndirilməsini və genişləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər tikinti sənayesində təcrübə və qabaqcıl texnologiyaların mübadiləsini həyata keçirmək, texnoloji tərəfdaşlıqların və kommersiya imkanlarının inkişafı üçün əlverişli şərait yaratmaq, eləcə də tikinti sənayesinin gələcək inkişafına dair innovativ istiqamətləri birgə müzakirə etmək barədə razılığa gəliblər.

Memorandumun Azərbaycan və İtaliya arasında tikinti sektorunda işgüzar əlaqələrin genişlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və qarşılıqlı təcrübə mübadiləsinə töhfə verəcəyi gözlənilir.

23.11.2026

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

“BAKUBUİLD 2026” sərgisi uğurla yekunlaşdı…

İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ ATİA-NIN QONAĞI OLDU!

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) olaraq, rəsmi dəstəkçisi olduğumuz 6-cı “Rebuild Karabakh” və “BakuBuild 2026” sərgilərində iştirak etməkdən məmnunluq duyuruq.

ATİA-NIN SƏDRİ RAMİZ İSAYEV “XƏZƏR XƏBƏR”Ə MÜSAHİBƏ VERİB.

TÜRKİYƏ VƏ MAKEDONİYANIN İŞ ADAMLARI ATİA-NIN QONAĞI OLUB…

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub