ATİA rəhbərliyi Çexiyanın Azərbaycandakı səlahiyyətli səfiri və CzechTrade Azerbaijan nümayəndəliyinin Layihə meneceri ilə görüş keçirib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Milan Sedláček və CzechTrade Azerbaijan nümayəndəliyinin Layihə meneceri xanım Ülkər Mirzəzadə ilə görüş keçirib. Görüş zamanı Azərbaycan və Çexiya arasında tikinti, infrastruktur və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər bu sahələrdə mövcud potensialın dəyərləndirilməsi, qarşılıqlı maraq doğuran layihələrin təşviqi və yeni əməkdaşlıq platformalarının yaradılması barədə müzakirələr aparıblar. Həmçinin şirkətlərarası əlaqələrin gücləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması və qarşılıqlı tərəfdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

31.10.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

WUF13 - 5-ci Gün (VİDEO)