ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində iştirak edib

ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində iştirak edib. Tədbir çərçivəsində sənaye təhlükəsizliyi ekosistemində əməkdaşlığın genişləndirilməsi məqsədilə tərəflər arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb. Bu təşəbbüs sənaye müəssisələrində təhlükəsizlik standartlarının yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və institusional koordinasiyanın gücləndirilməsi istiqamətində yeni mərhələnin əsasını qoyur. Zirvə dövlət qurumları, sənaye müəssisələri və özəl sektor nümayəndələrini bir araya gətirərək təhlükəsizlik sahəsində mövcud çağırışların dəyərləndirilməsi, qabaqcıl texnologiyaların müzakirəsi və gələcək fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynayıb. Tədbir sənaye sahəsində dayanıqlı, təhlükəsiz və innovasiya yönümlü inkişaf modelinin formalaşdırılmasına töhfə verməklə regional təhlükəsizlik gündəliyində öz mövqeyini daha da gücləndirib.
12.12.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib