Bakı Şəhərinin 2040-cı ilədək İnkişafı üçün Strateji Şəhərsalma Layihələrini Dəstəkləmək Üzrə İşçi Qrup Yaradıldı

Bakıda Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulması Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda öz əksini tapıb. Sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. Sözügedən işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək İşçi qrupuna həvalə edilib. Məqsəd Bakı şəhərində dayanıqlı və inkluziv şəhər inkişafını təmin edən müasir şəhərsalma təşəbbüslərinə, o cümlədən çoxmərkəzli şəhər və şəhər içində şəhər konsepsiyalarına əsaslanan layihələrə (şəhərsalma investisiya layihələri) investisiyaların cəlb edilməsi, bu növ layihələrin həyata keçirilməsi niyyətini bildirmiş investorlara layihələrin reallaşdırılmasına aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən dəstək göstərilməsi və onun müvafiq institusional çərçivə vasitəsilə əlaqələndirilməsidir.
15.09.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

“BAKUBUİLD 2026” sərgisi uğurla yekunlaşdı…

İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ ATİA-NIN QONAĞI OLDU!

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) olaraq, rəsmi dəstəkçisi olduğumuz 6-cı “Rebuild Karabakh” və “BakuBuild 2026” sərgilərində iştirak etməkdən məmnunluq duyuruq.

ATİA-NIN SƏDRİ RAMİZ İSAYEV “XƏZƏR XƏBƏR”Ə MÜSAHİBƏ VERİB.

TÜRKİYƏ VƏ MAKEDONİYANIN İŞ ADAMLARI ATİA-NIN QONAĞI OLUB…

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub