Bakı Ekspo Mərkəzində 5-ci Yubiley “Rebuild Karabakh 2025” Sərgisi keçiriləcək

14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh 2025”) keçiriləcək. Sərgi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərini tanıtmaq, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün əhəmiyyətli platforma rolunu oynayacaq. Bu il də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgidə xüsusi stendlə iştirak edəcək. “Rebuild Karabakh” sərgisi bu il öz yubileyini qeyd edir və informasiya texnologiyaları, investisiyalar, ekologiya, alternativ enerji, inşaat, kənd təsərrüfatı, qida və kimya sənayesi, mədən, nəqliyyat, yol tikintisi və infrastruktur kimi müxtəlif sahələri əhatə edəcək.
08.09.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

“BAKUBUİLD 2026” sərgisi uğurla yekunlaşdı…

İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ ATİA-NIN QONAĞI OLDU!

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) olaraq, rəsmi dəstəkçisi olduğumuz 6-cı “Rebuild Karabakh” və “BakuBuild 2026” sərgilərində iştirak etməkdən məmnunluq duyuruq.

ATİA-NIN SƏDRİ RAMİZ İSAYEV “XƏZƏR XƏBƏR”Ə MÜSAHİBƏ VERİB.

TÜRKİYƏ VƏ MAKEDONİYANIN İŞ ADAMLARI ATİA-NIN QONAĞI OLUB…

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub