28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyi münasibətilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyi münasibətilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) İdarə Heyətinin birinci müavini Ramilə İsrafilbəyova da iştirak edib. Konfransda rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri, iş yerlərində yaratdığı çağırışlar və imkanlar müzakirə olunub. Mütəxəssislər əmək hüquqları və təhlükəsizlik baxımından işçilərin gələcəkdə müdafiəsinin təmin olunmasının vacibliyini qeyd ediblər.
28.04.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib