ATİA Sosial Tədqiqatlar Mərkəzi, KOBİA və Mediasiya Şurasının təşkilatçılığı ilə konfrans keçirildi

Bu gün ATİA, Sosial Tədqiqatlar Mərkəzi, KOBİA və Mediasiya Şurasının təşkilatçılığı ilə “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda konfrans keçirildi.ATİA-nın təklifi ilə irəli sürülən vahid müqavilə formasının tətbiqi, dövlət və hökümət nümayəndələri , ölkəmizin öndə gedən tikinti şirkətləri tərəfindən bəyənildi və tikinti sahəsində olan problemlərin hüquqi tənzimlənməsi , bu kimi məsələlərinin müzakirəsi, təkliflərin dinlənilməsi ilə konfrans başa çatdı. Qeyd etmək istərdik ki, vahid müqavilə formasının tətbiq edilməsi notarial qaydada təsdiq edilməsi imkanını yaradacaq, bir mənzilin bir neçə şəxsə satılması kimi illərdir mövcud olan problemi həll edəcək, alıcı qismində çıxış edən şəxslərin aldadılması halları aradan qalxacaq, alıcıları aldatmaq məqsədi olan tikinti sektorunun subyektləri sıradan çıxmasına səbəb olacaq, etibarlı şirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək.
07.07.2023

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ ATİA-NIN QONAĞI OLDU!

“BAKUBUİLD 2026” sərgisi uğurla yekunlaşdı…

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) olaraq, rəsmi dəstəkçisi olduğumuz 6-cı “Rebuild Karabakh” və “BakuBuild 2026” sərgilərində iştirak etməkdən məmnunluq duyuruq.

ATİA-NIN SƏDRİ RAMİZ İSAYEV “XƏZƏR XƏBƏR”Ə MÜSAHİBƏ VERİB.

TÜRKİYƏ VƏ MAKEDONİYANIN İŞ ADAMLARI ATİA-NIN QONAĞI OLUB…

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub