ATİA İdarə Heyətinin sədri Böyük Misir Muzeyinin açılış tədbirinə onlayn qoşularaq iştirak edib

Böyük Misir Muzeyinin (Grand Egyptian Museum) təntənəli açılış mərasimi münasibətilə Qahirədə keçirilən beynəlxalq tədbirə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) da onlayn formatda qoşulub. Assosiasiya tədbirdə Misirin Azərbaycandakı səfirinin xüsusi dəvəti ilə iştirak edib. Açılışla bağlı tədbir Bakıda Heydər Əliyev Mərkəzində təşkil olunub və burada bir sıra dövlət qurumlarının, diplomatik nümayəndəliklərin, eləcə də ictimai və işgüzar dairələrin nümayəndələri iştirak ediblər. Dünyanın ən böyük arxeoloji komplekslərindən biri hesab edilən Böyük Misir Muzeyi müasir memarlıq, davamlı tikinti prinsipləri və mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. 490 min kvadratmetr sahəni əhatə edən bu nəhəng layihə ən son texnoloji yeniliklər və innovativ mühəndislik həlləri ilə həyata keçirilib.

05.11.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib