Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması” islahatları üzrə İşçi Qrupunun Tikinti və kommunal infrastruktura qoşulma üzrə altqrupu çərçivəsində iclas keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması” islahatları üzrə İşçi Qrupunun Tikinti və kommunal infrastruktura qoşulma üzrə altqrupu çərçivəsində iclas keçirilib. İclasda tikinti və kommunal infrastruktur sahələri üzrə müvafiq qurumların və təşkilatların nümayəndələri iştirak ediblər. Sahibkarların qarşılaşdığı problemlərin həlli, proseslərin sadələşdirilməsi və sektorun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Koordinasiya Qrupunun üzvləri arasında keçirilən səsvermə nəticəsində Tikinti və Kommunal İnfrastruktura Qoşulma üzrə Altqrupun Koordinasiya Qrupunun rəhbəri funksiyası Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının sədri Ramiz İsayevə həvalə olunub. R. İsayev qarşıya qoyulan vəzifələrin həlli istiqamətində bütün səylərini səfərbər edəcəyini bildirib. Bu addım tikinti sahəsində əlaqələndirmənin gücləndirilməsinə və praktiki həll yollarının formalaşdırılmasına töhfə verəcək.
25.06.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

WUF13 – ÜN 5-Cİ GÜNÜ!