ATİA-nın inzibati ofisində İdarə Heyətinin sədri cənab Ramiz İsayevin assosiasiyanın əməkdaşları ilə 2024-cü ilin yekununa dair görüşü baş tutdu

Bu gün ATİA-nın inzibati ofisində İdarə Heyətinin sədri cənab Ramiz İsayevin assosiasiyanın əməkdaşları ilə 2024-cü ilin yekununa dair görüşü baş tutdu.  Görüş zamanı cari ildə görülmüş işlər müzakirə edildi, il ərzində fəallığı və nümunəvi davranışı ilə seçilən əməkdaşlar – Departament rəhbərləri Əşrəf Şıxəliyev, Nicat Alxaszadə və mühasib Rahib Rəhimova təşəkkürnamələr təqdim edildi. O cümlədən Assosiasiyanın İdarə Heyətinin sədrinin müvafiq əmrinə əsasən Əşrəf Şıxəliyev ATİA-nın sədr müavini vəzifəsinə təyin edildi. Həmkarlarımızı qazandıqları nailiyyətlər münasibətilə təbrik edir, 2025-ci ildə onlara daha böyük uğurlar arzulayırıq!
28.12.2024

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib