Könüllülük

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının fəaliyyətlərində iştirak etmək istəyən tələbələr təşkilata könüllü olaraq qoşula bilərlər. Bu, onlara ATIA tərəfindən həyata keçirilən müxtəlif tədbir və layihələrin icrası barədə məlumat əldə etmək imkanı yaradır.

“Pro” Üzvlük

“Pro” Üzvlük ən yüksək üzvlük səviyyəsidir. Bu üzvlük, tikinti sahəsində müstəsna nəticələr əldə edən və bu sektorda ixtisaslaşmış xidmətlər göstərən şirkətlərə verilir. Üzvlük müraciəti, ilkin təqdimat tarixindən 10 iş günü ərzində Assosiasiyanın Sədrlər Şurası tərəfindən nəzərdən keçirilir.