KOBİA, A.R.Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin iştirakı ilə “Yaşıl enerji və təmiz ətraf mühit” bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirə keçirildi
KOBİA, A.R.Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin iştirakı ilə “Yaşıl enerji və təmiz ətraf mühit” bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirə keçirildi. Tədbirdə ATİA İdarə Heyətinin sədri Ramiz İsayev və həmçinin müvafiq dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak etdilər. Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənildi və sualları cavablandırıldı.