Haqqımızda

İdarə Heyəti

Struktur

Haqqımızda

İdarə Heyəti

Struktur

Haqqımızda
İdarə Heyəti
Struktur

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası kiçik və orta müəssisələr səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yolu Xəritəsi”ndə yeni biznes assosiasiyalarının yaradılması və mövcud assosiasiyaların fəaliyyətinin gücləndirilməsi əsas məqsədlərdən biri kimi nəzərdə tutulur.

2020-ci il avqustun 4-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi altında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, uzun illər ərzində tikinti bazarında apardıqları işlərlə layiqli yerini tutan, göz oxşayan göydələnlər və digər tikinti layihələri yaratmış bir neçə tikinti şirkəti ilə birlikdə, yuxarıda qeyd olunan Strateji Yolu Xəritəsinə rəhbər tutaraq, “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATIA) Ticarət Hüquqi Şəxsləri İttifaqının dəstəyi ilə yaradıldı və 2020-ci ilin oktyabrın 5-də Azərbaycan Respublikası ədliyyə Nazirliyi tərəfindən 1120-Q74-3858 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alındı.

“Azerbaijan Construction Manufacturers Association” (ATIA) Ticarət Hüquqi Şəxsləri İttifaqı (bundan sonra ATIA) ortaq maraqlar, könüllülük prinsipləri əsasında birləşmiş və iştirakçılarının (üzvlərinin) hüquqi bərabərlik prinsipləri ilə yaradılmış qeyri-kommersiya təşkilatıdır.

ATIA, üzv təşkilatlarının maraqlarını qoruyan, onlara zəruri və faydalı məlumatlar və xidmətlər təqdim edən, tikinti sahəsinin inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüsləri müzakirə edən bir platformadır.

ATIA-nın əsas məqsədi, Azərbaycan tikinti sektorunun inkişafında fəal iştirak etmək, tikinti sahəsində vahid standartların formalaşdırılması və sistemləşdirilməsi, onların fəaliyyətini əlaqələndirmək, Azərbaycan Respublikasında fəaliyyət göstərən və İttifaqın üzvü olan tikinti şirkətlərinin inkişafına kömək edərək, sosial-iqtisadi, informasiya və digər inkişaf proqramlarını hazırlamaqdır. və bu sahədə elmi biliklərin artırılması, eləcə də onların ortaq maraqlarını təmsil etmək və müdafiə etmək. Eyni zamanda, tikinti şirkətlərinin vahid bir platformasını yaratmaq, tikinti şirkətləri arasında kooperasiya əlaqələrinin səmərəli şəkildə qurulması və inkişaf etdirilməsi, tikinti məhsullarının və xidmətlərinin keyfiyyətinin artırılması, iştirakçılarının beynəlxalq tikinti bazarlarında fəaliyyətlərinə dəstək vermək, eləcə də milli tikinti sərgilərinin təşkilində fəal iştirak etmək İttifaqın qarşıya qoyduğu məqsədlər sırasındadır.

Azərbaycan Respublikasında tikinti istehsalı sahəsində davamlı inkişafın təmin edilməsi üçün müvafiq infrastrukturun yaradılması (çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin və müxtəlif növ qeyri-yaşayış obyektlərinin, eləcə də körpülərin, tunellərin və s. tikintisi);
Bu sahədə fəaliyyət göstərən ticarət hüquqi şəxsləri əlaqələndirmək və onların cəmiyyətə faydalı fəaliyyətlər təşkil etmək üçün səylərini birləşdirmək;
İttifaq iştirakçılarının dövlət qurumları qarşısında maraqlarını təmsil etmək və müdafiə etmək, könüllü təşkilatlar ilə dövlət qurumları arasında körpü rolunu oynamaq;
Tikinti istehsalı sahəsində beynəlxalq (ikitərəfli və çoxtərəfli) əməkdaşlığın qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın təcrübəsinin dünyada tanıdılması.

Bizim Missiyamız

Bizim missiyamız Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan sahibkarların ən yaxın tərəfdaşı olmaq, bu sahədə sahibkar-dövlət münasibətlərinin tənzimlənməsi üçün dialoq qurmaq və ölkədə tikinti sektorunun davamlı inkişafını dəstəkləməkdir.

Bizim Dəyərlərimiz

Müstəqillik, şəffaflıq, əməkdaşlıq, komanda işi və müxtəliflik.

İdarə Heyətinin Sədri

Ramiz İsayev

İdarə Heyətinin sədri

İdarə Heyəti Sədrinin Birinci Müavini

Ramila Israfilbəyova

İdarə Heyəti sədrinin birinci müavini

İcraçı Direktor və Departament Rəhbərləri

Əşrəf Şıxəliyev

Xarici Əlaqələr İnvestisiya Proqramları şöbəsinin müdiri

Sənan Jəfərov

Tikinti İstehsalat İdarəsinin rəisi

Anar Rzayev

icraçı direktor

Nicat Alxaszade

Marketinq şöbəsinin müdiri