ATİA-CERT

Tikinti Sektorunda Etibarlılıq və Keyfiyyət Standartı

ATİA-CERT – “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” tərəfindən yerli və beynəlxalq standarlara uyğunluğu müəyyən edən sertifikatlaşdırmadır. Əsas məqsədi tikinti və əaqəli sahələrdə fəaliyyət göstərən iqtisdi fəaliyyət subyeklərinin yerli və beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək və müvafiq (yerli və beynəlxalq) akreditasiya qurumları tərəfindən təsdiqlətməkdir.

ATİA-CERT – Azərbaycanın tikinti sektorunda beynəlxalq səviyyədə tanınan etibarlılıq nişanı.

Sertifikatlaşdırma Proqramı Azərbaycan Respublikasının qanunvericiliyinə, ISO, TÜV, FIDIC, RİCS, Avropa, Çin, Rusiya, Türkiyə, ABŞ və beynəlxalq qəbul edilmiş təcrübəyəə, əsaslanır

Missiya

Azərbaycan tikinti sənayesində etimad, şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanan keyfiyyət mədəniyyətini formalaşdırmaq.

Tikinti sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların, iş xidmət və məhsulların beynəlxalq və milli standartlara uyğunluğunu təmin etmək məqsədilə fəaliyət.

İdarəetmə sistemlərinin, texniki normativlərin və infrastruktur layihələrinin beynəlxalq tanınmasını təmin etmək məqsədilə əməli köməklik.

Sertifikatlaşdırmada şəffaflıq, obyektivlik və qərəzsizlik prinsiplərini təbliğ etmək.

Azərbaycan tikinti sənayesinin rəqabət qabiliyyətini artırmaq və ixrac imkanlarını genişləndirmək.

Əsas fəaliyyət istiqamətləri

Tikinti və əlaqəli istehsal müəssisələrinin müvafiq sertifikatlaşdırılması üçün əməli fəlaiyyət

Layihə və müqavilə keyfiyyətinin audit qiymətləndirilməsi

Tikinti məhsullarının uyğunluq testləri

Mühəndis və peşəkarların sertifikasiyasının təşkili

Yerli və Beynəlxalq qurumlarla əməkdaşlıq (AZAK, , ISO, TÜV, SGS, FIDIC, RICS və s.)

ATİA-CERT sertifikatının üstünlükləri

Dövlət və beynəlxalq tenderlərdə etibarlılığın artırılması

Maliyyə və investisiya layihələrində reputasiya üstünlüyü

Keyfiyyət və təhlükəsizlik üzrə rəqəmsal yoxlama sistemi

Layihə və proseslərin şəffaf idarəedilməsi