“Əgər bir şəhəri dəyişdirmək istəyirsənsə, onun divarından başlamalısan.”
Tikinti təkcə sement və daşdan ibarət deyil. Bu, bir mədəniyyətdir. Bu, gələcəyə atılan imzadır. Biz bu sahəni dəyişmək üçün buradayıq – daha keyfiyyətli, daha ağıllı və daha yaşıl bir gələcək qurmaq üçün.
ATİA təkcə assosiasiya deyil, bu, tikinti inqilabıdır. Biz yalnız texniki tənzimləmələr hazırlamaq və həmkarlarımızın maraqlarını qorumaqla kifayətlənmirik. Sistemi yenidən qurur və onun bünövrəsini möhkəmləndiririk. Çünki Azərbaycan yalnız tikinti ilə deyil, həm də mənəvi idealları ilə yüksələcək.
Hər istehsalçı bir dizaynerdir. Hər zavod bacasından qalxan tüstü bir yeniliyin başlanğıcıdır. Biz birlikdə betonun, daşın və poladın birləşdiyi tikinti inqilabının tərkib hissələrəyik.
Bu inqilabın coğrafi zirvəsi isə Böyük Qayıdış adlanan müqəddəs yoldur. Böyük Qayıdış təkcə əraziyə qayıdış deyil, dəyərlərə, tarixə və kimliyə qayıdışdır. Tikinti sektoruna rəhbərlik edən bizlər isə Qalib Ali Baş Komandanımızın Dəmir Yumruğunun rəhbərliyi ilə bu qayıdış ideyalarının təvazökar memarlarıyıq. Füzuli, Zəngilan, Laçın və Şuşada atılan hər bir təməl bu böyük millətin dirçəlişinin rəmzidir.
Biz evlər tikmirik, biz ümid inşa edirik.Biz yollar çəkmirik, biz gələcək qururuq.
İnanıram ki, bir gün dünya xəritəsində “Made in Azerbaijan” yazısı ilə işarələnən tikinti məhsulları təkcə bir ölkənin deyil, həm də bir düşüncə tərzinin nişanəsi olacaq. Bu yol asan deyil. Amma bu yol bizim yolumuzdur və biz onu birlikdə quracağıq – addım-addım, daş-daş.
Ramiz İsayev
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının Sədri