KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Türk iş adamları birlikləri ilə əməkdaşlıq” mövzusunda ictimai dinləmə keçirilib
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə”Türk iş adamları birlikləri ilə əməkdaşlıq”mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə ATİA-nın İ.H.sədri Ramiz İsayev və Azərbaycanda fəaliyyət göstərən MÜSİAD, TÜİB və ATİB kimi təşkilatlar və sahibkarlar iştirak etmişdir. Hər iki ölkənin dövlət-özəl əməkdaşlığının mövcud əlaqələrinin inkişafı və Azərbaycan iqtisadiyyatında türk iş adamları tərəfindən investisiya qoyuluşu imkanları nəzərdən keçirilib.