Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Tikinti İttifaqının ofisində olub

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Tikinti İttifaqının ofisində olub. İttifaqın rəhbəri Niçkasov Anatoli İvanoviçlə birlikdə ölkənin tikinti və istehsal sahəsində fəaliyyət göstərən şirkətlərlə görüş keçirilib. B2B formatında aparılan danışıqlar zamanı ATİA üzv şirkətlərin nümayəndələri ilə Belarus şirkətləri arasında əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycanda reallaşdırılan layihələrlə bağlı təqdimat təqdim edilib və şirkətlər arasında gələcək birgə layihələrin həyata keçirilməsi, tikinti sənayesi müəssisələri ilə tanışlıq, eləcə də istehsal olunan məhsulların hər iki ölkənin bazarında tətbiqi imkanları ətrafında müzakirələr aparılıb.

05.04.2026

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

WUF13 - 5-ci Gün (VİDEO)