Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belqosproekt İnstitutunun rəhbər heyəti ilə görüş keçirib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belqosproekt İnstitutunun rəhbər heyəti ilə görüş keçirib. Görüş zamanı institutun fəaliyyəti, tikinti layihələrinin dövlət ekspertizasının aparılması və layihələrin texniki-normativ sənədlərə uyğunluğu barədə ətraflı məlumat alınıb. Həmçinin institut əməkdaşları tərəfindən hazırda üzərində işlədikləri ən iri layihələrdən biri – Ağdam rayonunun Qızıl Kəngərli kəndinin layihələndirilməsi təqdim edilib. Layihə çərçivəsində Qarabağ ərazilərinin bərpası müasir yanaşmalarla həyata keçirilir, ərazilər “yaşıl” və “ağıllı” zona kimi inkişaf etdirilir. Bu da layihələrin keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsində mühüm rol oynayır.

05.04.2026

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

WUF13 - 5-ci Gün (VİDEO)