Ritz-Carlton Baku-da “Yaşıl İqtisadiyyatda Kiçik və Orta Biznesin Rolu” adlı konfrans keçirilmişdir
Bu gün Ritz-Carlton Baku-da “Yaşıl İqtisadiyyatda Kiçik və Orta Biznesin Rolu” adlı #konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Ekologiya və təbii sərvətlər naziri, #COP29-un Prezidenti, həmçinin #ATİA-nın İdarə Heyətinin Sədri və digər yüksək vəzifəli şəxslər iştirak etmişlər.Müzakirələrdə #karbon izi indikatorlarının ixracata təsiri, enerji səmərəliliyinin karbon emissiyasının azaldılmasındakı rolu və digər əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, iştirakçıların sualları cavablandırılmış və mövzularla bağlı əlavə aydınlıqlar verilmişdir.
09.09.2024
Digər xəbərlər