ATİA STENDİNİN MÖTƏBƏR QONAĞI ŞAHMAR MÖVSÜMOV!

Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu gün ATİA-nın stendini ziyarət edib. Qonağı ATİA-nın sədri Ramiz İsayev qarşılayıb.

Prezidentin köməkçisi, Assosiasiyanın gördüyü işlərlə yaxından tanış olaraq, gələcək fəaliyyətində uğurlar arzulayıb. ATİA-nın sədri Ramiz İsayev bildirib ki, KOBİA və ATİA-nın birgə stendində tikinti sahəsi ilə bağlı müxtəlif sahibkarların məhsulları nümayiş olunur, onların fəaliyyəti geniş şəkildə qonaqların diqqətinə çatdırılır.

Söhbət zamanı WUF13 tədbirinin ölkəmizdə keçirilməsinin önəminə toxunulub, Azərbaycanın Foruma ev sahibliyi etməsi mühüm diplomatik nailiyyət kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan bu platforma vasitəsilə yeni tərəfdaşlar və dostlar qazanır, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.

Sonda Şahmar Mövsümova ATİA adından hədiyyə təqdim olunub.

19.05.2026

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib