Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində işgüzar səfərdə oldu
Ticarət və investisiya sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması və digər bu kimi məsələlərin müzakirəsi ilə bağlı fikir mübadiləsinin aparılması məqsədilə keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 4-cü iclasında iştirak üçün KOBİA rəhbərliyi Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində işgüzar səfərdə oldu.Tədbirdə hər iki ölkənin biznes, investisiya və ixrac potensialı, işğaldan azad edilmiş ərazilərimizdə biznes və sərmayə qoyuluşu, ticarət sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi və investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair geniş fikir mübadiləsi aparılıb.Səfər çərçivəsində baş tutan tədbirdə ATİA-nın İdarə Heyətinin sədri Ramiz İsayev və Assosiasiyanın Xarici əlaqələr və investisiya proqramları departamentinin rəhbəri Əşrəf Şıxəliyev də iştirak ediblər.
30.04.2024
Digər xəbərlər