ATİA İdarə Heyətinin sədri Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclasında iştirak etdi

ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə iqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Doha şəhərində KOBİA və Qətər Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən “‘Azərbaycan-Qətər Birgə Biznes Şurası”nın ilk iclasında iştirak edib. İclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə sənaye, tikinti, istehsal və logistika sahələrində qarşılıqlı investisiya imkanları müzakirə olunub. Tərəflər Azərbaycan və Qətər arasında biznes əlaqələrinin yeni mərhələyə keçməsi üçün praktiki addımların atılması vacibliyini vurğulayıblar.

26.11.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib