Bakı şəhəri və regionlara tikinti materialları daşıyan ağır tonnajlı nəqliyyat vasitələrinin gündüz saatlarında hərəkətinə tətbiq olunan məhdudiyyətlərin tikinti sektoruna mənfi təsiri ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində görüş keçirilmişdir

Bakı şəhəri və regionlara tikinti materialları daşıyan ağır tonnajlı nəqliyyat vasitələrinin gündüz saatlarında hərəkətinə tətbiq olunan məhdudiyyətlərin tikinti sektoruna mənfi təsiri ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində görüş keçirilmişdir. Qaldırılan məsələlərin müzakirəsi məqsədilə Hökumət Evində təşkil olunan görüşdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nümayəndələri, eləcə də Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) sədri Ramiz İsayev iştirak etmişdir. Tərəflər mövcud məhdudiyyətlərin tikinti sektoruna təsiri, nəqliyyat axınının tənzimlənməsi, alternativ marşrutların müəyyənləşdirilməsi, xüsusi icazə mexanizmlərinin təkmilləşdirilməsi və logistika proseslərinin optimallaşdırılması istiqamətində mümkün həll yollarını müzakirə etmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin təşəbbüsü ilə keçirilən görüşün yekununda qaldırılan məsələlərin kompleks şəkildə araşdırılması və qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq təkliflərin hazırlanaraq təqdim olunması barədə razılıq əldə edilmişdir.
04.03.2026

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

WUF13 – ÜN 5-Cİ GÜNÜ!