ATİA İdarə Heyətinin sədri Ramiz İsayev 2-ci Milli Rəqabət Forumunda iştirak etdi

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “JW Marriott Absheron Baku Hotel”də keçirilən “2-ci Milli Rəqabət Forumu”nda iştirak edib. Forumda millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektor nümayəndələri bir araya gələrək rəqabət siyasətinin inkişafı, təbii inhisarların tənzimlənməsi, ədalətli bazar münasibətlərinin qurulması və iqtisadi inklüzivliyin gücləndirilməsi mövzularında müzakirələr aparıblar. Çıxış edən rəsmi şəxslər rəqabət mühitinin ölkə iqtisadiyyatının dayanıqlı inkişafında, xarici investisiyaların cəlb edilməsində və kiçik və orta biznesin dəstəklənməsində mühüm rolunu vurğulayıblar. Həmçinin Rəqabət Məcəlləsinin qəbulunun şəffaf və bərabər imkanların təmininə strateji töhfə verəcəyi qeyd edilib.
03.10.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib