WUF13 – ÜN 5-Cİ GÜNÜ!

“Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” adlı sessiya keçirilib. Panel iclasda ATİA-nın sədri Ramiz İsayev də iştirak edib.

Çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, dayanıqlı şəhərlər yalnız dövlət investisiyaları və siyasət çərçivələri hesabına qurula bilməz. Sahibkarlar, KOB-lar, startaplar, texnologiya təminatçıları, memarlar, şəhər innovatorları və infrastruktur qurucuları - onların hamısı gələcək nəsillər üçün daha “ağıllı”,daha “yaşıl” və daha inklüziv şəhərlərin yaradılmasında vacib rol oynayır. KOB-lar yalnız iqtisadi artıma və məşğulluğa töhfə vermir, həm də innovasiya, yaşıl keçid, rəqəmsallaşma, yerli xidmətlərin inkişafı və şəhər icmaları daxilində sosial inklüzivliyin gücləndirilməsində mühüm rol oynayır.

Bu cür panel müzakirələr dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir!

22.05.2026

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

REAL TV-YƏ MÜSAHİBƏ!