Uşaq və Yetkinlik Yaşına Çatmayan Şəxslər Üçün Məhsulların Təhlükəsizliyi və Texniki Reqlament Layihələri Müzakirə Olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə “Uşaqlar və yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulan məhsulların təhlükəsizliyinə dair texniki reqlament layihələrinin ictimai müzakirəsi” keçirilib. Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbər heyəti də iştirak edib. Görüş zamanı texniki tənzimləmə sisteminin mahiyyəti, bu sahədə görülən işlər və qarşıya qoyulan hədəflər, həmçinin ölkədə texniki tənzimləmə sisteminin qurulması və təkmilləşdirilməsində texniki reqlamentlərin rolu və strateji əhəmiyyəti ətraflı şəkildə təqdim olunub. Sonda sual-cavab sessiyası təşkil olunub, iştirakçılarla fəal fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib.
01.10.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

WUF13 - 5-ci Gün (VİDEO)