“Bakı şəhərində Mövcud Mənzil Fondunun İnkişafında Yeni Gözləntilər” mövzusunda konfrans keçirilib

“Bakı şəhərində Mövcud Mənzil Fondunun İnkişafında Yeni Gözləntilər” mövzusunda konfrans keçirilib. Tədbir Sosial Tədqiqatlar Mərkəzi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Mediasiya Şurası və Azərbaycan Qiymətləndiricilər Palatasının birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbər şəxsləri də iştirak ediblər. Tədbir zamanı ATİA İdarə Heyətinin sədri Ramiz İsayev çıxış edərək tikinti sektorunda sahibkarların üzləşdiyi problemləri diqqətə çatdırıb. O, xüsusilə söküntü və köçürülmə prosesi ilə bağlı mövcud maneələri vurğulayaraq, bu sahədə şəffaflıq və hüquqi mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.
19.05.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!