Xəzər İnşaat Həftəsinin üçüncü günündə, “Tikintidə keyfiyyət və standartların yeni dövrü: dayanıqlılıq, innovasiya və qlobal uyğunluq” mövzusunda Keys sessiyası keçiriləcək

Xəzər İnşaat Həftəsinin üçüncü günündə, 16 oktyabrda, “Tikintidə keyfiyyət və standartların yeni dövrü: dayanıqlılıq, innovasiya və qlobal uyğunluq” mövzusunda Keys sessiyası keçiriləcək.

Sessiyada sahənin tanınmış ekspertləri innovativ yanaşmalar, beynəlxalq standartlara uyğunluq və davamlı inkişaf istiqamətində təcrübələrini bölüşəcəklər. Tədbir tikinti sahəsində keyfiyyət və standartların inkişaf perspektivlərini və sahədəki ən son trendləri öyrənmək üçün mükəmməl fürsətdir.

16.10.2025 11:00 səhər

Sosial şəbəkələrdə paylaşın