ATİA sizi 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – BakuBuild 2026-ya dəvət edir!
14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – BakuBuild 2026 tikinti və inşaat sənayesi sahəsində Azərbaycanın və Qafqaz regionunun aparıcı ixtisaslaşmış tədbirlərindən biridir.
Sərgi tikinti, memarlıq, şəhərsalma, daxili dizayn, tikinti materialları və müasir inşaat texnologiyaları sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri bir araya gətirərək yeni əməkdaşlıq imkanlarının yaradılması, innovativ həllərin təqdimatı və peşəkar təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) BakuBuild 2026 sərgisinin rəsmi dəstəkçisi qismində çıxış edir.
Assosiasiyaya üzv olan şirkətləri, eləcə də tikinti, memarlıq, şəhərsalma, daxili dizayn və tikinti materialları sahəsində fəaliyyət göstərən bütün müəssisələri bu əhəmiyyətli beynəlxalq sərgini ziyarət etməyə, sektordakı yeniliklərlə tanış olmağa və yeni işgüzar əlaqələr qurmağa dəvət edirik.
Sərgini ziyarət etmək üçün aşağıdakı link vasitəsilə əvvəlcədən qeydiyyatdan keçməyiniz xahiş olunur:
https://bakubuild.az/az/get-the-ticket
Tarix: 14–16 oktyabr 2026-cı il
Məkan: Bakı Ekspo Mərkəzi
Əlavə məlumat və suallarınız üçün +994 50 253 99 34 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.