Xəzər İnşaat Həftəsində “Tikintidə Keyfiyyət və Standartların Yeni Dövrü” Sessiyası və Biznes Turu Keçirilib

Xəzər İnşaat Həftəsinin üçüncü günü çərçivəsində, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) təşkilatçılığı ilə “Tikintidə keyfiyyət və standartların yeni dövrü: dayanıqlılıq, innovasiya və qlobal uyğunluq” mövzusunda Keys sessiyası keçirilib.


Sessiyada sahənin tanınmış ekspertləri innovativ yanaşmalar, beynəlxalq standartlara uyğunluq və davamlı inkişaf istiqamətində təcrübələrini bölüşüblər. Tədbirin əsas məqsədi, tikinti sahəsində keyfiyyət və standartların inkişaf perspektivlərini müzakirə etmək və iştirakçılarla sahənin gələcək istiqamətləri barədə fikir mübadiləsi aparmaq olub.


Sessiyadan sonra ekspertlər və tədbir iştirakçıları ilə birgə sərgidə nümayiş olunan şirkətlərin stendləri üzrə xüsusi “Biznes Tur” təşkil edilib. Tur çərçivəsində iştirakçılar yerli və beynəlxalq şirkətlərin məhsulları, texnoloji yenilikləri və əməkdaşlıq imkanları ilə yaxından tanış olublar.