Üzvlük
Üzvlük




Üzvlük Kateqoriyaları
İştirakıçı - Təsisçi üzv (AA kateqoriyası)
Kimlər qoşula bilər
Tikinti fəaliyyəti ilə məşğul olan , Tikinti materialları, konstruksiya sistemləri və avadanlıqları istehsal edən və s. sahə aidiyyatı olan hüquqi şəxslər.
Hüquqlar
- Asosasiyanın Nizamnaməsində İştirakçılara aid məsələlərdə iştirak
- İdarəetmə orqanlarına namizədlik və seçilmə hüququ
- Sertifikat, audit və Asosasiyanın təqdim etdiyi bütün xidmət və proqramlarından 70% güzəştli qaydada istifadə etmək
- Məhkəmə və digər təşkilatlarda hüquqların müdafiəsi və təmsilçilik
Öhdəliklər
- İllik üzvlük haqqı – ( Nizamnaməyə uyğun müvafiq qərar əsasənda bütün üzvlərin yekdil qərarı ilə)
- Etika və texniki standartlara riayət və fərdi məlumatların qorunması, habelə konfidensiallıq
Faydaları
Bütün imkanlardan yararlanma və loqodan istifadə
İllik üzvlük haqqı: AA (Təsisçi ) – İcra orqanının Qərarı əsasında
Assosiativ Üzv (B kateqoriyası)
Kimlər qoşula bilər
Tikinti və Tikinti ilə əlaqəli sahələrdə (məs: logistika, maşınqayırma, təmir, audit və mühəndislik, layihələndirmə xidmətləri göstərən və Qanunvericiliyə əsasən vergi ödəyicisi olan mikro və kiçik sabikarlıq subyektləri ) fəaliyyət göstərən şəxslər.
Məhdudiyyət
İdarəetmədə iştirak səsvermə hüququ yoxdur.
Hüquqlar
- Texniki komitələrdə iştirak
- Tədbir və təlimlərə güzəştli giriş 25%
Öhdəliklər
İllik üzvlük haqqı
Faydaları
- Hüquq, maliyyə və marketinq xidmətlərində güzəşt
- ATİA-nın ictimaiyyət üçün açıq olan ödənişsiz seminar və təlimlərində iştirak
- ATİA-nın internet saytının partnyorlar bölməsində üzvün loqosunun yerləşdirilməsi
- ATIA tədbirlərində sponsorluq endirimi
- ATİA-ya məxsus resurslardan qaydalar çərçivəsində yararlanmaq
- ATİA-nın təşəbbüsü ilə üzvlərin yerli və xarici şirkətlər ilə tərəfdaşlıq əlaqələrinin qurulması
- Ölkə daxilində keçirilən mühüm (dövlət səviyyəli və qeyri-dövlət — lakin irimiqyaslı) tədbirlərə dəvət
- Adiyyatı dövlət qurumları ilə komunikasiyaların təşkili
- Tender və digər layihələr üzrə məlumatlandırma, əlaqələndirilmə və dəstək
İllik üzvlük haqqı: B (Assosiativ) – 1500 AZN
Beynəlxalq Üzv (D kateqoriyası)
Kimlər qoşula bilər
Xarici ölkələrdə fəaliyyət göstərən, Assosiasiya ilə əməkdaşlıqda maraqlı olan şirkətlər və assosiasiyalar
Hüquqlar
Texniki və kommersiya əməkdaşlığına çıxış
Birgə layihələrdə iştirak
Öhdəliklər
İllik üzvlük haqqı
Faydaları
- Digər beynəlxalq üzvlərlə tanışlıq və əməkdaşlıq imkanı
- Regionlara uyğun işgüzar əlaqə meneceri ilə dəstək
- Yerli bazara giriş üçün hüquqi və tənzimləyici məsləhətlər
- Yerli bazara giriş üçün bazar araşdırmasının edilməsi
- Rəsmi sayt və sosial platformalarda beynəlxalq üzv kimi təqdimat
- Qlobal PR imkanları, müsahibələr və xəbər yazıları
- Üzvün logosu və fəaliyyəti haqqında informasiya yayımı
- Yerli şirkətlərlə əlaqə qurmaq üçün vasitəçilik
- Assosiasiyanın tərəfdaş təşkilatları ilə təmas
- Beynəlxalq üzvlük sertifikatı və loqosu istifadəsi hüququ
- Təşkilatın beynəlxalq nümayəndəsi kimi çıxış etmək imkanı
- Təşkilatın yerli ofisinin və ya təmsilçiliyinin açılmasına dəstək
- Ölkə ərazisində tədbirlərin təşkilində iştirak və dəstək.
İllik üzvlük haqqı: D (Beynəlxalq) – 2500 USD (manat ekvivalenti)
Korporativ üzv (A kateqoriyası)
Kimlər qoşula bilər
Tikinti fəaliyyəti ilə məşğul olan, tikinti materialları, konstruksiya sistemləri və avadanlıqları istehsal edən və s. sahə aidiyyatı olan orta və iri sahibkarlıq subyektləri.
Məhdudiyyət
- Assosasiyanın idaretməsində iştirak və bununla əlaqəli səsvermə hüququ
- İdarəetmə orqanlarına namizədlik və seçilmə hüququ
Hüquqlar
- ATİA tərkibində idarəetmə ilə əlaqəli olmayan Texniki komitələr, məsləhət komitələri, ekspert komissiyaları yaratmaq və fəaliyyətində iştirak.
- İdarəetmə orqanına təkliflər vermək. Sertifikat, audit və Assosiasiyanın təqdim etdiyi bütün xidmət və proqramlarından 50% güzəştli istifadə
- Məhkəmə və digər təşkilatlarda hüquqların müdafiəsi və təmsilçilik
Öhdəliklər
- İllik üzvlük haqqı
- Etika və texniki standartlara riayət və fərdi məlumatların qorunması, habelə konfidensiallıq
Faydaları
- Hüquq, maliyyə və marketinq xidmətlərində güzəşt
- İnvestisiya layihələrinin qiymətləndirilməsi və proqnozlaşdırılması
- Tender və digər layihələr üzrə məlumatlandırma, əlaqələndirilmə və dəstək
- Strateji dəsdək və planlaşdırma
- Stress təlim kursları
- Kouçinq
- ATİA-nın ictimaiyyət üçün açıq olan ödənişsiz seminar və təlimlərində iştirak
- ATİA-nın internet saytının partnyorlar bölməsində üzvün loqosunun yerləşdirilməsi
- ATIA tədbirlərində sponsorluq endirimi
- Üzvlərin Məhsul və yaxud brendlərinin Təqdimatların təşkili
- Radio, TV proqramlara dəvət və PR
- ATİA-nın təşkil etdiyi seminar və təlimlərdə, konfrans və sammitlərdə məruzəçi və moderator kimi iştirak
- ATİA-ya məxsus resurslardan qaydalar çərçivəsində yararlanmaq
- ATİA-nın təşəbbüsü ilə üzvlərin yerli və xarici şirkətlər ilə tərəfdaşlıq əlaqələrinin qurulması
- İldə ən azı bir dəfə xarici ölkələrdə tikinti bazarı ilə bağlı mühüm tədbir və yaxud sərgilərdə iştirak etmək imkanı (güzəştli şərtlərlə)
- Ölkə daxilində keçirilən mühüm (dövlət səviyyəli və qeyri-dövlət — lakin irimiqyaslı) tədbirlərə dəvət
- Üzv şirkətlərin problemlərin üzrə məsləhətlərin aparılması üçün komissiyanın yaradılması
- Üzvün hər hansı müraciəti ilə əlaqədar komissiya yaradılması, aidiyyəti qurumlara hüquqi çərçivədə müraciət, görüşlərin alınması və bu müraciətlərin Kütləvi İnformasiya Vasitələrində işıqlandırılması
- Adiyyatı dövlət qurumları ilə komunikasiyaların təşkili
- Digər xidmətlər
İllik üzvlük haqqı: A( Korporativ) – 5000 AZN
Fəxri Üzv (C kateqoriyası)
Kimlər qoşula bilər
Tikinti sənayesinə xüsusi töhfə vermiş hüquqi və fiziki şəxslər, alimlər, ictimai xadimlər və s.
Hüquqlar
- Məsləhətçi və müşahidəçi statusu
- Təqdimatlarda fəxri qonaq statusu
Öhdəliklər
- Üzvlük haqqından azaddırlar.
- Assosiasiya tərəfindən dəvət edilmiş tədbirlərdə, şuralar və komissiyalarda iştirak
Faydaları
- Xüsusi dizayn edilmiş “Fəxri üzv” paketinin təqdim edilməsi
- Mediada müsahibə imkanları
- Assosiasiya adından fikir lideri kimi təqdim olunmaq
- İllik forumlara, konfranslara və tədbirlərə Xüsusi qonaq qismində dəvət
- Saytda və sosial şəbəkələrdə “Fəxri üzv” bölməsində təqdimat
İllik üzvlük haqqı: C (Fəxri) – Fəxri üzv təqaüdü (İcra orqanının Qərarı əsasında müəyyən edilir)
Tələbə və Gənc Mütəxəssis Üzv (E kateqoriyası)
Kimlər qoşula bilər
Tikinti, memarlıq, mühəndislik ixtisası üzrə təhsil alan tələbələr və gənc mütəxəssislər
Hüquqlar
- Təlim və inkişaf proqramlarında iştirak
- Mentorluq dəstəyi
Öhdəliklər
- Simvolik üzvlük haqqı
- Peşəkar etika qaydalarına riayət
Faydaları
- Assosiasiyaya üzv şirkətlərdə təcrübə proqramlarına yönləndirmə
- Tikinti, mühəndislik, memarlıq və idarəetmə sahəsində yay təcrübə düşərgələri
- Tikinti və sənaye ilə bağlı texniki və praktiki təlimlər
- Soft skills (ünsiyyət, liderlik, CV yazılışı) üzrə inkişaf seminarları
- Sertifikatlı təlim proqramlarına xüsusi endirim və ya pulsuz giriş
- Təcrübəli mütəxəssislərlə 1:1 mentorluq görüşləri
- Karyera istiqamətində yönləndirmə və məsləhətlər
- Assosiasiyanın bəzi illik tədbirlərində iştirak imkanı
- Tikinti sahəsində tədqiqat işlərinə dəstək və təqdimat imkanı
- Tələbə/Gənc Üzv sertifikatı
İllik üzvlük haqqı: E (Tələbə/Gənc) – 100 AZN (və ya xüsusi qaydada İcra orqanının Qərarı əsasında təqaüd müəyyən edilir )
Üzvlüyün dayandırılması və ya xitamı
4. Aşağıdakı hallarda üzvlük dayandırıla bilər:
- Öhdəliklərin icra olunmaması
- Etik pozuntular
- İctimai nüfuza xələl gətirən hərəkətlər
- Təsisçi üzvlərin qərarı
4.1. İdarə Heyətinin qərarı ilə üzvlük xitam edilə bilər. Üzv 30 gün ərzində qərara qarşı yazılı şikayət verə bilər. Müflisləşmə və ya məhkəmə qərarı
Əlavə Qaydalar
- Üzvlər Assosiasiyanın loqosundan(kateqoriyasına uyğun) istifadə etmək hüququna malikdir
- Üzvlər ATİA-ya məxsus audit, sertifikasiya, təlim və normativ texniki dəstək xidmətlərindən (kateqoriyasına uyğun ) güzəştlə istifadə edə bilərlər.

Könüllülük
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının fəaliyyətlərində iştirak etmək istəyən tələbələr təşkilata könüllü olaraq qoşula bilərlər. Bu, onlara ATIA tərəfindən həyata keçirilən müxtəlif tədbir və layihələrin icrası barədə məlumat əldə etmək imkanı yaradır.

“Pro” Üzvlük
“Pro” Üzvlük ən yüksək üzvlük səviyyəsidir. Bu üzvlük, tikinti sahəsində müstəsna nəticələr əldə edən və bu sektorda ixtisaslaşmış xidmətlər göstərən şirkətlərə verilir. Üzvlük müraciəti, ilkin təqdimat tarixindən 10 iş günü ərzində Assosiasiyanın Sədrlər Şurası tərəfindən nəzərdən keçirilir.
- Hökumətin həyata keçirdiyi iqtisadi islahatlarda iştirak etmək imkanı.
- Tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində iştirak etmək imkanı.
- ATIA-nın təklif etdiyi xidmətlərdən istifadə etmək imkanı.
- Böyük və yüksək səviyyəli ATIA üzvü ailəsinin bir hissəsi olmaq imkanı.
- Tikinti sektoru və biznesin inkişafı üzrə beynəlxalq təlimlərdə iştirak etmək imkanı.
- Üzvlərə yeni xidmətlər təklif etmək imkanı.
- Yerli və xarici tərəfdaşların tapılmasına dəstək.
- Lobbiçilik fəaliyyətinin genişləndirilməsi.
- Daha çox media əhatəsi.
- Şəbəkələşmə.
Üzvlük Qaydaları və Proseduru
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (bundan sonra — “Assosiasiya”) nizamnaməsi və İttifaqın Sədri (İcra orqanı) müəyyən etdiyi qaydalara əsasən bu qaydalara əsasən qanuni əsaslarla və nizmanaməsində nəzərdə tutulmuş məqsədlərinə və hədəflərinə uyğun birgə fəliyyətin təmin edilməsi, kordinasiyası və əlaqələndirməsi üçün aşağıdakı qaydada əməkdaşlığa qoşulma (üzvlüyüə qəbul -bundan sonra “üzvlük) qəbul qaydalarını müəyyən edir.
1.2. Üzvlük könüllü əsasda, açıq və şəffaf prosedurlar əsasında həyata keçirilir.
1.3. Üzvlük hüquq və vəzifələri əsasında təyin edilir və Assosiasiyanın İcra orqanın təsdiq etdiyi bu qaydaya uyğun tənzimlənir.
2. Üzvlük üçün müraciət
2.1. Üzvlük üçün ərizə Assosiasiyanın rəsmi portalı vasitəsilə və ya yazılı şəkildə təqdim olunur.
2.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- Hüquqi şəxsin dövlət qeydiyyatı sənədi və ya fərdi sahibkarın VÖEN-İ (fəxri üzvlər üçün şəxsiyyət vəsiqəsi)
- Fəaliyyət sahəsinin təsviri
- İştirakçı -təsisçi üzvlük üçün Son 3 ilin BMS uyğun Maliyyə hesabatları, Mənfəət bəyəmnaməsi, kənar auditorun (şərtsiz müsbət rəyi) və məsləhət məktubu.
- Etika öhdəliyi və Assosiasiya nizamnaməsinin qəbul olunduğuna dair bəyannamə
3. Üzvlük haqları
3.1. Üzvlük haqları illik əsasda təyin olunur və İdarə Heyətinin qərarı ilə yenilənə bilər.
3.2. Aşağıda 2025-ci il üçün üzvlük haqları müəyyən edilir: