“Ural İnşaatçılar Assosiasiyası” SRO tərəfindən Yekaterinburqda keçirilən ICID-2024 forumuna onlayn iştirak etdik

“Ural İnşaatçılar Assosiasiyası” SRO tərəfindən Yekaterinburqda keçirilən ICID-2024 forumuna onlayn iştirak etdik.

Tədbirdə sənaye tikintisinin sürətləndirilməsi və optimallaşdırılması, müştərilər və podratçılar arasında qarşılıqlı fəaliyyətin əsas məsələləri, eləcə də biznes mühitinin yaxşılaşdırılması üçün qanunvericilik təşəbbüsləri müzakirə edilib.

Xarici əlaqələr və investisiyalar departamentin rəhbəri, Əşrəf Şıxəliyev, Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrdən, o cümlədən Qarabağda aparılan tikintilərdən, Ağ Şəhərin və Sea Breeze kurort zonasının inkişafı, eləcə də alternativ enerji mənbələrinə keçiddən danışıb.

Dəvət və səmərəli dialoqa görə təşkilatçılara təşəkkürümüzü bildiririk!