Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi Çinli investor Pang Jin Biao ilə görüşüb.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi Çinli investor Pang Jin Biao ilə görüşüb. Görüşdən sonra qonaqlar ATİA nümayəndələrinin müşayiəti ilə Qaradağ rayonunda yerləşən istehsal sahələrinə baxış keçiriblər. Sözügedən ərazidə müasir standartlara uyğun zavodun inşası planlaşdırılır. Çinli tərəfdaşlar Azərbaycanda müasir istehsal sahələrinin qurulmasına maraqlı olduqlarını bildiriblər.