RMİD (Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi) və Litvanın Vilnus şəhərindən gələn iş adamları arasında görüş baş tutmuşdur
RMİD (Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi) və Litvanın Vilnus şəhərindən gələn iş adamları arasında görüş baş tutmuşdur. Görüşdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyanın rəhbər vəzifəli şəxsləri də iştirak etmişdir. Açıq dialoq formatında keçirilən görüşdə iki ölkə arasında ticarət imkanlarının inkişafından və potensial əməkdaşlıqlar haqqında müzakirələr aparılmışdır.