Bu gün Ritz-Carlton Baku-da “Yaşıl İqtisadiyyatda Kiçik və Orta Biznesin Rolu” adlı #konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Ekologiya və təbii sərvətlər naziri, #COP29-un Prezidenti, həmçinin #ATİA-nın İdarə Heyətinin Sədri və digər yüksək vəzifəli şəxslər iştirak etmişlər.
Müzakirələrdə #karbon izi indikatorlarının ixracata təsiri, enerji səmərəliliyinin karbon emissiyasının azaldılmasındakı rolu və digər əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, iştirakçıların sualları cavablandırılmış və mövzularla bağlı əlavə aydınlıqlar verilmişdir.