Mayın 1-də Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Davamçı Gənclərin İkinci Forumu” keçirilib
Mayın 1-də Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Davamçı Gənclərin İkinci Forumu” keçirilib.Forumda ATİA İdarə Heyətinin sədri Ramiz İsayev və bir sıra dövlət nümayəndələri və həmçinin bir sıra ictimai birliklərin rəhbər heyətləri də iştirak etdi. Forum çərçivəsində Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ulu Öndər Heydər Əliyevlə bağlı öz xatirələrini bölüşdülər.Forumun sonunda təltifolunma mərasimi keçirildi.