KOBİA və Səudiyyə Ərəbistanı Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası 1 oktyabr tarixində Bakıda, Sea Breeze Resort-da keçirilib
KOBİA və Səudiyyə Ərəbistanı Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası 1 oktyabr tarixində Bakıda, Sea Breeze Resort-da keçirilib. Tədbirdə ATİA heyəti, üzv şirkətlərimizin nümayəndələri, müxtəlif fərdi investorlar və dövlət nümayəndələri iştirak etmişdirlər.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanının bərpa olunan enerji sahəsindəki investisiyalarını vurğuladı və investorlar üçün vergi güzəştləri ilə azad iqtisadi zonaların yaradıldığını qeyd etdi. Açılışdan sonra ATİA nümayəndə heyəti sərgidə təşkil edilən B2B görüşlərdə iştirak etmiş, xarici şirkətlərlə əlaqələr qurmaq və gələcəkdə investisiya proqramları həyata keçirmək məqsədilə qarşılıqlı fikir mübadilələri aparılmışdır.