KOBIA, İCMA, Marsol Group-un təşəbbüsü ilə 27 Sentyabr – Anım Gününə və Vətən müharibəsinə həsr olunmuş “Bir Damla Qan, Min Ümidə Can” şüarlı qanvermə aksiyasında Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev də iştirak edərək, yüzlərlə könüllü vətəndaşla birgə hemofiliya, talassemiya və digər xəstələr üçün qan verdi

KOBIA, İCMA, Marsol Group-un təşəbbüsü ilə 27 Sentyabr – Anım Gününə və Vətən müharibəsinə həsr olunmuş “Bir Damla Qan, Min Ümidə Can” şüarlı qanvermə aksiyasında Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev də iştirak edərək, yüzlərlə könüllü vətəndaşla birgə hemofiliya, talassemiya və digər xəstələr üçün qan verdi. Aksiyada sahibkarlar və tikinti sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri də fəal iştirak ediblər.

Bu tədbir, sosial məsuliyyətin bir nümunəsi olaraq, təkcə xəstələrə kömək etməklə qalmır, eyni zamanda, Vətən müharibəsində canlarını fəda etmiş qəhrəman şəhidlərimizi yad etməyin və milli həmrəyliyin ifadəsidir. Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası olaraq, bu cür xeyriyyə tədbirlərini dəstəkləməyə davam edəcəyik.