Heyətimizin Türkiyə səfəri çərçivəsində İBB-nin “Ağac ve Peyzaj” şirkətinin rəhbəri Əli bəyin də iştirakı ilə ATİA-nın idarə heyətinin sədri Ramiz İsayev və üzvlər üçün şirkətin ərazisində salınmış fidanlığa gəzinti təşkil olundu
Heyətimizin Türkiyə səfəri çərçivəsində İBB-nin “Ağac ve Peyzaj” şirkətinin rəhbəri Əli bəyin də iştirakı ilə ATİA-nın idarə heyətinin sədri Ramiz İsayev və üzvlər üçün şirkətin ərazisində salınmış fidanlığa gəzinti təşkil olundu. Bununla yanaşı, şirkərin gördüyü işlərlə bağlı bütün heyətə ətraflı məlumat xarakterli təqdimat edildi və əraziyə baxış zamanı 22 #hektar ərazini əhatə edən fidanlıqda əkilmiş müxtəlif növlərdə flora inciləri assosasiyamızın üzvlərinə nümayiş olundu.
Ölkəmizin iqlimi üçün uyğun ağac və bitki növlərinin şəhərlərimizdə mümkün plantasiyası, və eyni zamanda Azərbaycanda da bu formada bağça salınması haqda da qarşılıqlı müzakirələr aparıldı.