Vibrant Buildcon 2025

Məlumat üçün bildiririk ki, 13-16 aprel 2025-ci il tarixlərində Hindistan Respublikasının Yeni Dehli şəhərində Asiyanın ən böyük tikinti materialları sərgisi keçiriləcəkdir.

Bununla bağlı ATİA üzvlərinə müraciət edirik:
Azərbaycan Respublikasından xarici ölkələrə tikinti materialları ixrac edən şirkətləri ödənişsiz şəkildə (yalnız viza ödənişi edilməklə) fürsətdən yararlanmağa dəvət edirik. Bununla da biz ATİA ailəsi olaraq həm yerli təcrübələrimizi xarici təcrübələrlə müqayisə edə, həmçinin yeni təcrübələr əldə edə bilərik.

Qeyd: Tədbirdə iştirak etmək istəyən şəxslərdən xaricə tikinti materialının ixracına dair müvafiq sənədin nüsxəsinin mənə təqdim etmələri xahiş olunur.

Məhərrəm Məhərrəmli ATİA-nın İnzibati Departamentin rəhbəri
Əlaqə: 050-253-99-34
[email protected]