22 yanvar 2025-ci il tarixində saat 11:30-da “Bakı KOB evi”ndə “UHOM” Tikinti və daşınmaz əmlak kompleksinin təqdimat tədbiri baş tutacaq. Sizi dəvət etdiyimiz qonaqlar sırasında görməkdən məmnun olarıq. Görüş zamanı layihənin təqdimatına dair suallar cavablandırılacaq və bu barədə geniş fikir mübadiləsi aparılacaq.
“UHOM” – Tikinti və daşınmaz əmlak kompleksi olaraq inşaat materialları, interyer aksesuarları, məişət əşyaları və digər bu kimi məhsulları, o cümlədən bir çox professional xidmətləri özündə əhatə edən bir onlayn və oflayn “mall” tipli ticarət mərkəzi olacaq. Bu konseptdə ticarət mərkəzləri Azərbaycan üçün bir ilkdir! Eyni zamanda, bir sıra xarici ölkələrdə layihənin icrası nəzərdə tutulub.