“İnşaatçılar Günü” münasibəti ilə 10 aprel 2025-ci il tarixində rəsmi tədbir keçiriləcəkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli Sərəncamına əsasən, 10 Aprel – İnşaatçılar Günü kimi təsis edilmişdir. Bu əlamətdar gün inşaat sahəsində çalışan peşəkarların əməyini qiymətləndirmək və onların cəmiyyətə verdiyi töhfələri vurğulamaq məqsədi daşıyır.

Bu münasibətlə 10 aprel 2025-ci il tarixində, saat 11:00-da Bakı KOB Evində rəsmi tədbir keçiriləcəkdir. Tədbirdən öncə, saat 09:00-da Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunacaq. Ziyarətdən sonra iştirakçılar tədbirin keçiriləcəyi Bakı KOB Evində toplaşacaqlar.

Tədbirdə təşkilatçı qurumların rəhbər şəxsləri çıxış edəcək, Azərbaycanın memarlıq və inşaat sahəsindəki inkişafı barədə məlumatlar təqdim olunacaq. Eyni zamanda, inşaat sektorunda fərqlənən nüfuzlu şirkətlərə mükafatlar təqdim ediləcəkdir.