CICA Biznes Forumu ATİA üçün Bakıda keçirilən CICA İşgüzar Şurasının səkkizinci Plenar Sessiyası və onuncu CICA Biznes Forumu keçirilib Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbər heyəti tədbirdə iştirak edib
CICA Biznes Forumu ATİA üçün Bakıda keçirilən CICA İşgüzar Şurasının səkkizinci Plenar Sessiyası və onuncu CICA Biznes Forumu keçirilib Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbər heyəti tədbirdə iştirak edib.
Tədbir Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı, sənaye tərəfdaşlığının genişləndirilməsi və yaşıl transformasiya kimi aktual mövzulara həsr olunub. Assosiasiyanın iştirakı regionda tikinti sənayesinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi və yerli istehsalçılar üçün yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından önəmli addım olub. Forum çərçivəsində panel müzakirələrdə rəqəmsallaşma, ağıllı şəhər təşəbbüsləri və davamlı iqtisadi inkişafın təşviqi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.