Bu gun üzvümüz olan “KUTVAN PROJECT GROUP” şirkətinin rəhbər heyəti ilə işgüzar görüş oldu.

Bu gün ATİA rəhbər heyəti və assosiasiyamıza üzv olan Kutvan Project Groupun sədri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının qonaq professoru, bununla yanaşı bir neçə şirkət və startaplara idarəçilik, professional effektivlik mövzularında məsləhət verərək bir çox layihələrə imza atmış Ali Kutvan və memarlıq və layihələndirmə işlərində peşəkarlığı ilə sayılıb seçilən şəxslərdən biri olan Ayşə Kutvan arasında işgüzar görüş oldu. Görüşdə həyata keçiriləcək layihələr barəsində ümumi fikir mübadiləsi aparıldı.