“Bakı şəhərində Mövcud Mənzil Fondunun İnkişafında Yeni Gözləntilər” mövzusunda konfrans keçirilib.
Tədbir Sosial Tədqiqatlar Mərkəzi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Mediasiya Şurası və Azərbaycan Qiymətləndiricilər Palatasının birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbər şəxsləri də iştirak ediblər. Tədbir zamanı ATİA İdarə Heyətinin sədri Ramiz İsayev çıxış edərək tikinti sektorunda sahibkarların üzləşdiyi problemləri diqqətə çatdırıb. O, xüsusilə söküntü və köçürülmə prosesi ilə bağlı mövcud maneələri vurğulayaraq, bu sahədə şəffaflıq və hüquqi mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.